• Bakı şəhəri, Biləcəri qəsəbəsi, Məmməd Səid Ordubadi küçəsi, Ağ Sarayın yanı

 

Geodeziya Geomatika Mühəndisləri ” ictimai birliyinin NİZAMNAMƏSİ

 

1.    Ümumİ müddəalar

1.1.   « Geodeziya və Geomatika mühəndisləri » İctimai Birliyi (bundan sonra

«Birlik» adlandırılacaq) «Qeyri-hökumət təşkilatları (ictimai birliklər fondlar)

haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeyri-hökumət və qeyri-kommersiya ictimai təşkilatı kimi yaradılır, öz sıralarında Geodeziya, Topografiya Kartografiya və Coğrafi İnformasiya Sistemlərinin inkişafı və tətbiqi ilə məşğul olan ali təhsil müəssisələrinin, elmi-tədqiqat, istehsalat, mühəndislik, layihələndirmə, informasiya İnşaat və digər təşkilatların mütəxəssislərini

birləşdirir.

1.2.   Birlik Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındığı vaxtdan hüquqi şəxs statusu qazanır. Birliyin müstəqil balansı, üzərində

adı yazılmış möhürü, ştampı, Azərbaycan Respublikasının banklarında hesablaşma hesabı və digər rekvizitləri vardır.

1.3.   Birlik öz adından müqavilələr bağlaya, əmlak şəxsi qeyri-əmlak hüquqlarını əldə edə, vəzifələr daşıya, məhkəmədə iddiaçı və cavabdeh qismində çıxış edə

bilər.

1.4.   Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası «Qeyri- Hökumət Təşkilatları (ictimai birlik və fondlar) haqqında» Azərbaycan Respublikasının Qanununa və digər müvafiq qanunvericilik aktlarına, habelə bu Nizamnaməyə əsasən qurur.

1.5.   Birliyin hüquqi ünvanı:

Bakı şəhəri Yasamal rayonu Məhəmməd Xiyabani küçəsi ev 194 mənzil 302

 

 

 

2.   Birliyin məqsəd vəzifələri

2.1. İB- missiyası Geodeziya geomatika elminin inkişafıdır. İB öz missiyasını tədqiqat və tədris vasitəsilə bu sahəni inkişaf etdirmək, müşahidə məlumatlarını toplamaq, təhlil etmək, modelləşdirmək və şərh etmək, texnoloji inkişafı stimullaşdırmaqla yerinə yetirir, geodeziya və topografiya sahəsində innovativ ideyaların , texnologiyaların tətbiqi, sağlam biznes və rəqabət mühitinin yaradılması və yüksək səviyyəli milli kadrların yetişməsi üçün strategiyanın işlənməsi,yerli istehsalın yaradılmasını təşkil edir.

2.2    Birlik öz məqsədinə nail olmaq üçün fəaliyyətini aşağıdakı konkret vəzifələr üzrə qurur:


2.3.   Birliyin fəaliyyət istiqamətləri:

2.3.1.  Geomatikanın problemlərini aşkarlamaq problemlərə istiqamətlənmiş strategiyalar müəyyənləşdirmək.

2.3.2 Mühəndislərin bilik bacarıqlarının müasir standartlara yönəldilməsi,

Qurumun xidmət paketlərini formalaşdırmaq, maddi texniki bazanı inkişaf etdirmək.

2.3.3.  İqtisadi innovativ, ilhamverici yaradıcı liderlər tərəfindən öyrədilmiş materiallardan istifadə edərək effektiv və müasir peşəkar mütəxəssislər

yetişdirmək.

2.3.4.  İdarəçiliyə geniş baxışdan tutmuş , görüşlər, könüllülərlə əlaqələr, üzvlük, ictimaiyyətlə əlaqələr və liderlik kimi daha spesifik sahələrə qədər bir neçə

istiqamət üzrə mühüm kursları əhatə edən müxtəlif sertifikatlaşdırma proqramları təşkil etmək.

2.3.5.  Uğurlu layihələr bu gün ,gələcəkdə mürəkkəb strateji problemlərin öhdəsindən gəlməyə hazır olan güclü liderlərdən asılıdır. Ən yaxşı liderlər isə fərqli perspektivlər təklif edən peşəkarlardan olur. Mütəxəssislərə liderlik

bacarıqlarını təkmilləşdirmək təşkilatlara dinamik lider komandaları yaratmağa kömək etmək.

2.3.6.  Geodeziya topografiya sahəsində Sağlam biznes mühitinin yaradılması üçün resursları müəyyən etmək.

2.3.7.  Məsləhətə və nəzəri praktiki dəstəyə ehtiyacı olan gənc kadrlarla bu sahənin eksperti olan geniş təcrübəyə malik mütəxəssislərin faydalı eksklyüziv əlaqəsini qurmaq.

2.3.8.  Təcrübədə rast gəlinə bilən, təkrarlanan problemlərin aradan qaldırılması üçün nümunəvi həll yollarını təklif etmək. Xarıcı və beynəlxalq nəşrlərdə

mütəxəssislərimizin elmi məqalələrinin dərc olunması üçün konkret araşdırmalar və tədbirlər planı hazırlamaq.

2.3.9.    Ən son texnologiyaları araşdırmaq, texnoloji tədqiqatların aparılmasını təşkil etmək, aparılan tədqiqatlara qoşulmaq, bu sahəyə elmi praktik töhfələr vermək.

2.3.10.    Geodeziya , topografiya, kartografiya buna uygun sahələrdə yüksək

nailiyyətləri olan xarici beynəlxalq qurumlarla əməkdaşlıq, təcrübə mübadiləsi, geodeziya ölçü avadanlıqları istehsal edən aparıcı şirkətlərlə birgə yerli istehsalın yaradılması yollarını, strategiyasını müəyyən etmək.

2.3.11.    Xüsusi nəşrlərin (informasiya portalı, “Birliyin İnformasiya Bülleteni” jurnalları, “Məkan məlumatları”, KİV-də fərdi nəşrləri) nəşri nəşrinə dəstək;.

2.3.12.    Xüsusi sərgilərin, konfransların, seminarların keçirilməsi, nümayəndələrin beynəlxalq sərgilərdə, konfranslarda, seminarlarda birgə iştirakının təşkili; proqram-texniki vasitələrin hazırlanması və marketinq tədqiqatlarının konsaltinq və təhlili mərkəzinin yaradılması işinin təşkili;

2.3.13.    Standartlaşdırma normativ-hüquqi bazanın təkmilləşdirilməsi üzrə tövsiyələrin hazırlanması;

2.3.14.    Mütəxəssislərin hazırlanmasına işlə təmin olunmasına köməklik;

2.3.15.       Dövlət orqanlarında beynəlxalq səviyyədə Birlik üzvlərinin maraqlarını təmsil etmək.


2.3.16.    Bu sahədə( geodeziya,topografiya , kartografiya, ĞİS) inkişafın

istiqamətlərini böyük ölçüdə müəyyən etmək, məkan məlumat infrastrukturunun, şəhərsalma fəaliyyətinin təmin edilməsi üçün informasiya sistemlərinin Vahid Ünvan Sisteminin yaradılması və inkişafı konsepsiyalarını tərtib etmək.

2.3.17.    Davamlı, uzunmüddətli müşahidələr nəticələrin arxivləşdirilməsi, geodeziya istinad məntəqələrinin yaradılmasına dəstək.

2.3.18.    Müşahidə emal məlumatlarını, standartları, metodologiyaları və modelləri mümkün qədər geniş tədqiq etmək.

2.3.19.    Geomatika fənlərarası tədqiqatları inkişaf etdirmək üçün geodeziya məlumatlarının məhsulların təkmilləşdirilməsi üçün ən son kosmik digər texnologiyaların inkişafını tədqiq etmək və faydalanmaq.

2.3.20.    Simpoziumlar, seminarlar, təlim kursları, nəşrlər digər kommunikasiya vasitələri ilə beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsinə başlamaq,

əlaqələndirmək təşviq etmək.

2.3.21.    İnkişaf etməkdə olan ölkələrin xüsusiyyətlərini nəzərə almaqla, dünyanın bütün regionlarında geodeziya fəaliyyətinin və infrastrukturun inkişafına kömək etmək.

2.3.22.    Elmi nəzəriyyə və metodların tətbiqinə nəticələrin şərhinə dəstək

olmaq üçün beynəlxalq elmi mühəndislik ictimaiyyəti ilə əməkdaşlıq etmək.

2.3.23.    Tədqiqat məqsədlərinin, missiyaların layihələrin müəyyən edilməsində milli və beynəlxalq qurumlarla əməkdaşlıq etmək.

2.3.24.  Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan və bu Nizamnamədə nəzərdə tutulan məqsədlərə zidd olmayan fəaliyyət növlərini həyata keçirmək;

2.3.25 Bu Nizamnamədən irəli gələn vəzifələrini həyata keçirmək üçün Nizamnamə məqsədlərinə cavab verən digər fəaliyyətlə məşğul olmaq.

 

 

3.   Birliyin iştirakçıları

3.1.   Birliyin təsisçiləri hüquqi şəxslər (dövlət hakimiyyəti yerli özünüidarə orqanları istisna olmaqla) və ya 18 yaşına çatmış fiziki şəxslər ola bilər.

3.2.   Birliyə üzvlərin qəbulunu Birliyin İdarə Heyəti aparır.

3.3.   Birliyə daxil olmaq istəyən şəxs İdarə Heyətinə yazılı şəkildə ərizə ilə müraciət edir. Ərizəyə bir ay müddətində baxılır. Səsvermə nəticəsində İdarə Heyəti üzvlərinin yarıdan çoxu bu məsələyə müsbət münasibətini bildirdikdə, ərizəçi Birliyin üzvü seçilmiş hesab edilir.

3.4.   Birliyin üzvlərinə Birliyin İdarə Heyəti tərəfindən təsdiq olunmuş üzvlük vəsiqəsi verilir.

3.5.   Birliyin üzvləri bərabər hüquqludurlar aşağıdakı hüquqlara malikdirlər:

3.5.1.     Bu Nizamnamədə nəzərdə tutulan qaydada təşkilatın idarəçiliyində iştirak etmək;

3.5.2.   Birliyin seçkili orqanına seçmək seçilmək;

3.5.3.     Birliyin fəaliyyətində və təşkil etdiyi tədbirlərdə iştirak etmək;


3.5.4.     Birliyin rəhbər orqanlarının fəaliyyəti barədə məlumat almaq, fəaliyyətinə nəzarət etmək;

3.5.5.     Birliyin üzvü kimi hüquq qanuni mənafelərinin müdafiəsinə dair Birliyə müraciət etmək;

3.5.6.     Öz hüquq vəzifələri ilə bağlı hər hansı məsələnin müzakirəsində şəxsən iştirak etmək,

3.5.7.       Birliyin müvafiq orqanlarına etirazını bildirmək və şikayət vermək;

3.6.   Birliyin üzvü eyni zamanda iki seçkili orqanın üzvü ola bilməz.

3.7.   Birliyin üzvü yalnız Birliyin müvafiq orqanları səlahiyyət verdikdə həmin orqanı təmsil edə və ya onun adından çıxış edə bilər.

3.8.   Birliyin üzvləri aşağıdakı vəzifələri daşıyırlar:

3.8.1.     Birliyin Nizamnaməsinə, habelə əxlaq və etika normalarına əməl etmək;

3.8.2.     Birliyin seçkili orqanlarının qərarlarını yerinə yetirmək;

3.8.3.     Nizamnamə tələblərinə riayət etmək;

3.8.4.     Birliyin tədbirlərində üzrlü səbəblər istisna olmaqla iştirak etmək;

3.9.   Birliyə üzvlük haqqının miqdarı Birliyin İdarə Heyəti tərəfindən müəyyən edilir.

3.10.    Birliyə üzvlüyə aşağıdakı hallarda xitam verilir:

3.10.1.     Könüllü olaraq Birliyin üzvlüyündən çıxdıqda;

3.10.2.   Birliyin üzvlüyündən çıxarıldıqda;

3.11       Birliyin üzvü aşağıdakı hallarda üzvlükdən xaric edilir:

3.11.1.   Birliyin üzvü Birliyin adına xələl gətirən hərəkətlərə yol verdikdə;

3.11.2.   Nizamnamə tələblərinə riayət etmədikdə;

3.11.3.   Mütəmadi olaraq Birliyin tədbirlərində üzrlü səbəblər olmadan iştirak etmədikdə;

3.12. Üzvlükdən çıxarılma Nəzarət Təftiş Komissiyasının təqdimatı əsasında İdarə Heyətinin qərarı ilə həyata keçirilir.

3.13. Birlik üzvünün həmin qərarından narazı qaldığı halda Birliyin ali idarəetmə orqanına və məhkəməyə şikayət etmək hüququ vardır.

 

4.   Birliyin təşkilati strukturu İdarəetmə orqanları

4.1    Birliyin ali orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi Yığıncaqdır.

4.2.   Ümumi yığıncaq Birliyin icra orqanının, təsisçilərdən birinin ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır.

4.3.   Birliyin üzvlərinə təsisçilərinə Ümumi Yığıncağın yeri vaxtı barədə iki həftə əvvəl məlumat verilməlidir.

4.4.   Ümumi yığıncağın səlahiyyətlərinə aşağıdakılar aiddir:

4.4.1.     Birliyin Nizamnaməsinin qəbulu, ona əlavə dəyişikliklərin edilməsi;

4.4.2.     Birliyin əmlakının formalaşması istifadə prinsiplərinin müəyyən edilməsi;


4.4.3.   Birliyin Sədrinin, Müavinlərinin, İdarə Heyətinin, Nəzarət Təftiş Komissiyasının, seçilməsi və onların səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması;

4.4.4.     İllik hesabatın təsdiq edilməsi;

4.4.5.   Başqa təşkilatlarda iştirak;

4.4.6.     Birliyin yenidən təşkili və ləğv edilməsi;

4.4.7.   Birliyin seçkili orqanlarının vəzifəli şəxslərinin hesabatının müzakirə olunması və qiymətləndirilməsi.

4.5.   Ümumi Yığıncaq yalnız Birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur.

4.6.  Ümumi Yığıncaqda müzakirə olunan məsələlər haqqında qərarlar Birlik

üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Nizamnaməyə dəyişiklik və əlavələr edilməsi, Birliyin ləğv edilməsi barədə qərar Birlik üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul olunur. Hər bir üzv bir səsə malikdir.

4.7.   Birliyin fəaliyyətinə cari rəhbərliyi Birliyin Sədri Birliyin İcraçı Direktoru həyata keçirir.

4.8.   Birliyin İdarə Heyətinin say tərkibi Ümumi Yığıncaq tərəfindən müəyyən olunur.

4.9.   Birliyin İdarə Heyətinin üzvləri Ümumi Yığıncaq tərəfindən 1 il müddətinə seçilir. İdarə Heyətinin iclasları zəruri hallarda, lakin 3 ayda bir dəfədən az

olmayaraq keçirilir. İdarə Heyətinin iclaslarında qərarlar İdarə Heyəti üzvlərinin yarıdan çoxunun səs çoxluğu ilə qəbul edilir.

4.10.   İdarə Heyəti aşağıdakı səlahiyyətlərə malikdir:

4.10.1.   Birliyin cari fəaliyyətinə rəhbərlik edir;

4.10.2.   Birliyin üzvlüyünə qəbul edir üzvlükdən azad edir;

4.10.3.   Birliyin filiallarını nümayəndəliklərini yaradır;

4.10.4   Birlik adından verilən müraciətlər, açıqlamalar hesabatları müzakirə edir və müvafiq qərar qəbul edir;

4.10.5   Birliyin İcraçı Direktorunun təqdimatı ilə bölmə rəhbərlərini seçir;

4.10.6   İcraçı Direktorun təşkilat daxilində icra strukturları, mərkəz, departament

s. qurumlar yaratmaq barədə təqdimatlarını təsdiq edir;

4.10.7  Ümumi yığıncağın qərarlarının həyata keçirilməsini təmin edir;

4.10.8   Birliyin büdcəsini, ştat cədvəlini vəzifəli şəxslərin maaşlarını təsdiq edir;

4.10.9  Ümumi yığıncağın keçirilməsi ilə bağlı təşkilati məsələləri həll etmək üçün müvafiq qərarlar qəbul edir;

4.11.   Birliyin İcraçı Direktoru Birliyin İdarə Heyəti tərəfindən 1 il müddətinə seçilir.

4.12.   Birlyin İcraçı Direktorunun səlahiyyətləri aşağıdakılardır:

4.12.1  Ümumi yığıncaqlar İdarə Heyətinin iclaslarında qəbul edilən qərarların icrasını təşkil edir;.

4.12.2   İdarə Heyətinin iclaslarına sədrlik edir.

4.12.3   Birliyi təmsil edir, onun adından çıxışlar edir, danışıqlar aparır;

4.12.4   Birliyin icra strukturlarını, onların tərkibini işini təşkil edir;

4.12.5   Birliyin icra strukturları arasında əlaqələr qurur, onların fəaliyyətini koordinasiya edir;


4.12.6  Dövlət orqanları və ictimai birliklərlə əlaqələr qurur;

4.12.7   Birliyin cari fəaliyyətinə aid məsələlər üzrə əmr, təqdimat sərəncamlar verir;

4.12.8  Ümumi yığıncaq, Nəzarət Təftiş Komissiyasının İdarə Heyətinin səlahiyyətlərinə aid olmayan digər məsələləri həyata keçirir.

4.13.   Birliyin Nəzarət-Təftiş Komissiyası Birliyin vəzifəli şəxslərinin üzvlərinin fəaliyyətinin Nizamnaməyə uyğun olması, Birliyin maliyyə fəaliyyəti üzərində

nəzarəti həyata keçirir. Nəzarət Təftiş Komissiyasının say tərkibi Ümumi yığıncaq tərəfindən müəyyən edilir. Nəzarət Təftiş Komissiyası üzvlərinin səlahiyyət müddəti 1 ildir.

4.14.   Nəzarət Təftiş Komissiyasının iclasları, zəruri hallarda, lakin üç ayda bir dəfədən az olmayaraq keçirilir. Nəzarət Təftiş Komissiyasının iclasları Komissiya üzvlərinin 2/3 hissəsi iştirak etdikdə səlahiyyətlidir. Qərarlar Komissiya üzvlərinin 2/3 səs çoxluğu ilə qəbul edilir.

4.15.   Nəzarət Təftiş Komissiyası Birliyin orqanlarından üzvlərindən daxil olan ərizələrə ən geci bir ay müddətində baxıb cavab verməlidir.

4.16.   Birliyin bütün seçkili orqanlarının iclasları protokollaşdırılır.

 

5.   Birliyin filial nümayəndəlikləri

5.1.   Birlik Azərbaycan Respublikasının ərazisində xaricdə filiallarını yarada, nümayəndəliklərini aça bilər.

5.2.   Birliyin filialı onun olduğu yerdən kənarda təşkil edilir fəaliyyətinin bir hissəsini həyata keçirir.

5.3.   Birliyin nümayəndəliyi onun olduğu yerdən kənarda təşkil edilir, Birliyin maraqlarını təmsil edir və həmin maraqların müdafiəsini həyata keçirir.

5.4.   Birliyin filial nümayəndəliyi hüquqi şəxs deyil, Birliyin əmlakından pay alır və Birliyin Ümumi Yığıncağı tərəfindən təsdiq edilən Əsasnaməyə əsasən fəaliyyət göstərir. Filial və nümayəndəliyin fəaliyyətinə görə Birlik məsuliyyət daşıyır.

5.5.   Filial nümayəndəliklər Birliyin İdarə Heyəti tərəfindən verilən səlahiyyət daxilində fəaliyyət göstərirlər.

6.   Birliyin əmlakı maliyyə fəaliyyəti

6.1.   Birliyin mülkiyyətində binalar, qurğular, mənzillər, avadanlıqlar, inventarlar, pul vəsaitləri, səhmlər, digər qiymətli kağızlar və bu Nizamnamə ilə nəzərdə

tutulmuş fəaliyyətin maddi təminatı üçün qanunvericiliklə qadağan olunmamış növlərdə əmlak ola bilər.

6.2.   Birlik öz öhdəliklərinə görə öz əmlakı ilə cavabdehdir. Bu əmlak yalnız Azərbaycan Respublikasının qanunları ilə özgəninkiləşdirilə bilər.

6.3.   Birlyin əmlakının pul digər şəkildə formalaşdırılması mənbələri aşağıdakılardır:

6.3.1   Təsisçilərin ya Birlik üzvlərinin müntəzəm ya birdəfəlik üzvülük haqları və inanələri;


6.3.2   Öz əmlakından istifadə və onun satılması nəticəsində əldə edilən gəlirlər;

6.3.3   Qiymətli kağızlardan alınan dividentlər;

6.3.4   Mətbu orqanlardan gələn gəlir;

6.3.5   Qrantlar;

6.3.6   Keçirdiyi müxtəlif tədbirlərdən əldə olunan gəlir;

6.3.7   Vətəndaşların, idarə, müəssisə, təşkilatların könüllü yardımı şəklində daxil olan ianələr;

6.3.8   Qanunvericiliklə qadağan olunmayan başqa gəlirlər.

6.4.   Birlyin üzvləri onun mülkiyyətinə daxil olan ayrı-ayrı obyektlər üzərində xüsusi hüquqlara malik deyil.

6.5.   Birlik Azərbaycan Respublikasının qanunvericilyində müəyyən edilmiş

qaydada öz fəaliyyətinin məqsədlərinə əmlakın təyinatına müvafiq olaraq öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququna malikdir.

6.6.   Birlyin hesabına daxil olmuş məqsədli vəsait başqa istiqamətlərdə xərclənə bilməz.

6.7.   Birliyin mühasibat uçotunun təşkili və aparılması, o cümlədən maliyyə hesabatlarının hazırlanması təqdim edilməsi «Mühasibat uçotu haqqında»

Qanuna uyğun olaraq aparılır. Birlyin maliyyə ili 1 yanvarda başlayır dekabr ayının 31-də daxil olmaqla başa çatır.

 

7.   Birliyin fəaliyyətinə xitam verilməsi

7.1.   Birliyin fəaliyyətinə onun yenidən təşkil edilməsi (birləşdirmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) ya onun ləğv edilməsi yolları ilə xitam verilir.

7.2.   Birliyin başqa təşkilatın ona birləşmə qovuşma formalarında yenidən təşkil edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən onlardan birinin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan hesab edilir.

7.3.   Birliyin ayrılma bölünmə formalarından təşkil edilməsi müvafiq icra

hakimiyyəti orqanı tərəfindən onlardan birinin ayrılması haqqında ya bölünən təşkilatın fəaliyyətinə xitam verilməsi haqqında və yeni qeyri-hökumət

təşkilatlarının təsis edilməsi haqqında qeydlərin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan sayılır.

7.4.   Birliyin çevrilmə formasında təşkil edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən mövcud olan təşkilatın ləğvi və onun əsasında yeni təşkilatın təsis edilməsi haqqında qeydlərin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan sayılır.

7.5.   Birliyin yenidən təşkilindən sonra hüquq varisliyi ilə bağlı məsələlər

Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həll olunur.

7.6.   Birliyin ləğv edilməsi ilə bağlı bütün əmlak məsələləri Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həll olunur.